Xəbərlər
BANM-in nümayəndələri Roxar şirkətinin konfransında
Bakı Ali Neft Məktəbinin (BANM) nümayəndələri – Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Elektron tədris şöbəsinin rəisi Şərif Xurşudov – “Neft-qaz aktivlərinin qiymətləndirilməsi: Sesmik araşdirilmadan Qazmata kimi” adlı konfransda iştirak etdilər. Roxar şirkətinin Bakıdakı nümayəndəliyi ilə təşkil olunmuş konfransda şirkətin aparıcı ekspert və mütəxəssislərin hesabatları dinlənildi.
Tədbir çərçivəsində iştirakçılar Roxar şirkəti tərəfindən təqdim olunan proqram təminatının əsas inkişaf istiqamətlərindən məlumat aldılar. Onlar həmçinin neft-qaz sahəsinin təsirliyinin təkmilləşməsi üçün nəzərdə tutulan modelləşdirilməsi haqqında məlumat aldılar.
Emerson şirkətlər qrupuna daxil olan Roxar şirkəti neft-qaz sektoru üçün mühəndislik xidmətləri və təminat proqramların təminatı üzrə dünyanın ən böyük aparıcı təchizatçılardan biridir. Azərbaycanda Roxar uzun müddətdir ki SOCAR-la müasir texnologiyalar, geoloji-texnoloji və inteqrasiya olunmuş modelləşməsi təminatla bağlı əməkdaşlıq edir.