Xəbərlər
BANM-nin Elmi Şurasının növbəti iclası keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın sədri və üzvləri iştirak edib. İclası açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, keçirilən iclasların, müzakirə olunan məsələlərin önəmindən söz açıb. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını, bir çox uğurlara, yeniliklərə imza atdığını deyib. Sonra rektor iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qış imtahan sessiyasının nəticələri, apellyasiyaya müraciətləri və Turnitin statistikası, yay istehsalat təcrübəsinin təşkili, BANM-də tədris vəsaitlərinə nəşr hüququnun verilməsi, birinci kursda tədris olunan fənlər üzrə akademik borclarının ləğvi qaydalarında dəyişiklik edilməsi və digər məsələlər müzakirə edilərək səsverməyə qoyulub. Yekunda ümumi səsvermə ilə müzakirə olunan məsələlərlə bağlı yekdilli qərar qəbul olunub.