Xəbərlər

ClimateLaunchpad startap proqramı BANM-də

          Bakı Ali Neft Məktəbində (BANM) firmalar arasında  ətraf mühütin qorunması və inkişafı ideyası ClimateLaunchpad beynəlxalq  yarışının  Azərbaycandakı rəsmi tərəfdaşı “Social Innovation Lab”-ın nümayəndəsi  Cəsur Həsənovun  tələbələrlə görüşü keçirilib. C.Həsənov  tələbələrə startap ekosistemi haqqında qısa məlumat verdikdən sonar  ClimateLaunchpad proqramına həsr olunmuş ətraflı təqdimatla çıxış edib.  Görüşün sonunda “Social Innovation Lab”-ın nümayəndəsi  BANM  tələbələrinə  beynəlxalq yarışda Azərbaycanı təmsil etmək imkanı yaradan  bu yarış haqqında çoxsaylı suallarını cavablandırıb.

 

          Qeyd edək ki, ötən il firmalar arasında  ətraf mühütin qorunması və inkişafı ideyası ClimateLaunchpad beynəlxalq  yarışında 28 ölkə iştirak edib. Azərbaycan bu il ilk dəfə olaraq yarışa qoşulur. Bu yarışmaların genş öyrədici təhsil strukturu   ideya müəliflərinin və startuplara çox qısa vaxt ərzində böyük uğur qazanmaq imkanı verir. ClimateLaunchpad proqramına müraciətlər 9 Aprel 2017 tarixinə qədər davam edəcək və həmin tarixdən növbəti 3 həftə ərzində 7-10 komanda seçiləcək. Yarışma 4 əsas mərhələdən ibarətdir. 

 

          Son mərhələ Limasol şəhərində (Kipr) keçiriləcək. Hər bir ölkənin qazanan üç komandası Grand Final-da bir yerə toplanacaq və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Final-da ilk 10 yeri tutan startup layihələri böyük ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq “Climate-KIC Accelerator” proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95.000 avro investisiya verilir. Bundan əlavə isə, Grand Final-da ilk üç yerə çıxan komandalar pul mükafatları qazanacaqlar (€ 10.000, € 5.000, € 2.500). 

 

          Yarışma haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz. Müraciət linki: http://climatelaunchpad.org/application-form/