Xəbərlər
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olundu
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sosial sorğusunun qalibi olaraq diplomla təltif olunub.
Belə ki, Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan "Azərbaycan Universitetleri" səhifəsinin Azərbaycanın bütün tələbələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova ilin ən yaxşı mətbuat xidməti rəhbəri seçilib.
Diplomu Zeynab Kazımovaya "Azərbaycan Universitetleri" facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman təqdim edib.
Xatırladaq ki, təltif olunanlar arasında BDU-nun və ADA-nın analoji struktur rəhbərləri də yer alır.