Xəbərlər

Bakı Ali Neft Məktəbi Bilik sərgisində təmsil olundu

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə  keçirilən “İkinci Bilik Sərgisi”ndə iştirak ediblər. Kompleksin 7-10-cu sinif şagirdlərinin  35-dən çox müxtəlif mövzuda hazırladıqları  layihələrə  Bakı Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universiteti, AMEA Botanika İnstitu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və Alma store şirkətləri də öz stendləri ilə dəstək olmuşlar. Bu sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə etdilər.

 

Sərginin açılış mərasimində iştirak edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şagirdləri və müəllimləri  təbrik edib, Beynəlxalq məktəb olaraq belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışdı. Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Daha sonra  qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış oldular.

 

 “Bilik sərgisi”  münsiflər heyəti tərəfindən seçilən şagirdlərin  sertifikat, medal və hədiyyələrlə mükafatladırılması mərasimindən  sonra   konsert proqramı ilə  başa çatıb.

 

Qeyd edək ki, Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.