Xəbərlər
BANM-in tələbələri H.Əliyev adına Neft Emalı Zavodunda
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri 2016-2017-ci tədris ilinin payız semestri ərzində SOCAR-ın H.Əliyev adına Neft Emalı Zavoduna tanışlıq məqsədilə səfər etmişlər.
“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” kafedraları üzrə tanışlıq təcrübəsində iştirak edən tələbələrin ümumi sayı 94 nəfərdir.
Səfərin məqsədi tələbələrin distillə və separasiya qurğularının, texnoloji reqlamentlərin, proseslərin idarə edilməsinin öyrənilməsi, kompressor qurğularının işi, idarəetmə sistemləri, köməkçi təsərrüfatlar və sistemlər, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri ilə tanışlıq olmuşdur.