Xəbərlər
BANM-in tələbələri III ümumrespublika bilik yarışında
Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə Heydər Əliyev Mərkəzində cari ilin 8 noyabr tarixində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışında iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliğidir.
Yarış 3 turdan ibarət olub və 3 turun yekununa əsasən qaliblər müəyyən edilib. Bilik yarışında 42 ali məktəbin komandası iştirak edib. BANM-in komandası 13-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışa hazırlıq məqsədilə bütün komandaların oktyabrın 31-dən noyabrın 5-dək Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.