Xəbərlər
Bayrağımı sevirəm
Sevirəm bayrağımı, o mənim qürurumdur.
Torpağımı sevirəm, o doğma Anamızdır.
Anamı da sevirəm, o yurdum, Vətənimdir.
Tarixlərlə yaşayan dövlətimi sevirəm.
Sevirəm millətimi, yaradanı sevirəm.
Tarixlər tufanından xalqımızı çıxaran
Xilaskarı sevirəm.
Gələcəyə aparan o Öndəri sevirəm!
Sevirəm bayrağımı bizə tanıtdıranı,
İlhamlı gələcəyə aparanı sevirəm.
Vətənimi sevirəm,Vətən üçün sevirəm.
Döyüşlərdə ucalan bayrağımı sevirəm!
Bayrağıma bükülmüş şəhidimi sevirəm.
Düşmənə sinə gərən əsgərimi sevirəm.
Sevirəm Azərbaycanın bu günü, sabahını.
Gələcəyi sevirəm, övladımı sevirəm.
Cavidin eşqilə mən sevirəm Vətənimi.
Dunyaya səs salaraq Vətənimdə ucalan
Üc rəngli bayrağımı,
Gələcəyə aparan o ışığı sevirəm!
Oktay Rzayev
BANM-in İnzibati-təsərrüfat işləri üzrə prorektoru