Xəbərlər
BANM-in tələbəsinin layihəsi həyata keçirilir
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Əhməd Qələndərlinin “Natiqlik bacarıqları təlimi“ layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gəncler Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi gənclərdə natiqlik qabiliyyətini inkişaf etdirməkdir. Bu təlimlərdə tələbələrə auditoriya qarşısında çıxışın ümumi psixoloji aspektləri, liderlik və auditoriyanı ələ almaq qabiliyyəti, bədən dilinin əhəmiyyəti və uyğun şəkildə istifadəsi barədə nəzəri biliklər verilir.
Xatırladaq ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, o cümlədən BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyilə həyata keçirilir. Layihədə seçilmiş 40 tələbə iştirak edir.