Xəbərlər

BANM-in tələbələri Neftçilər gününə həsr olunmuş İntellektual səfər ediblər

Bakı Ali Neft Məktəbinin (BANM)  tələbələri BANM-in İntellektual Oyunlar Klubunun təşkilatçılığı, o cümlədən REDUCO Təhsil Mərkəzinin dəstəyi ilə 20 sentyabr - “Neftçilər günü”nə həsr olunmuş “İntellektual səfər” layihəsini həyata keçiriblər.

 

Layihə Qəbələ şəhərinin Nic kəndində həyata keçirilib.  Layihə çərçivəsində tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatda intellektual oyun, Azərbaycan Kub Assosiasiyasının təşkilatçılığı ilə 3x3 formatda “Rubik kubu” yarışı, “Dart oyunu” və digər oyunlar təşkil olunub. Oyunların sonunda qaliblər müəyyənləşiblər və onlara hədiyyələr təqdim olunub.  

 

Nəticələrə əsasən, “Nə? Harada? Nə zaman?” formatda intellektual oyunun qalibi “Trump”s team” komandası, “Rubik kubu” oyununun qalibləri Nicat İsmayılov (I yer), İbrahim Şərifov (II yer) və Vüqar Həsənov (III yer), “Dart oyunu”nun qalibləri isə Elmir Əbilov, Elçin Allahverdili və Hacalı Bayram olublar.