Xəbərlər
BANM-də tələbə qəbulu planı tam dolub
Bakı Ali Neft Məktəbinə (BANM) 2016/2017-ci tədris ili üzrə tələbə qəbulu planı tam dolub. Belə ki, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumata əsasən, bu il Bakı Ali Neft Məktəbi 100 faizlik qəbulolma göstəricisinə yiyələnib.
Qeyd edək ki, 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 3 tələbədən 2-si Bakı Ali Neft Məktəbinə daxil olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub.