Xəbərlər

BANM-in rektoruna BP Qrup Insan Resursları üzrə vitse-prezidentindən təşəkkür məktubu ünvanlanıb

        BP Qrup İnsan Resursları üzrə vitse-prezidenti Helmut Şuster tərəfindən Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova təşəkkür məktubu ünvanlanıb. Məktubda Helmut Şuster Ali məktəbdə keçirilən görüşlə bağlı xoş təəssüratları ilə bölüşüb. Cənab Şuster səmimi qəbula və ona göstərilən qonaqpərvərliyə görə rektor Elmar Qasımova və Ali Məktəbin bütün heyətinə təşəkkürünü bildirib. Məktubda deyilir:

        “Hörmətli Elmar müəllim,

        Bakı Ali Neft Məktəbinə səfərim mənim gündəmimin əsas önə çıxan tədbirlərimdən biri oldu. Sizinlə söhbət mənə müvəffəqiyyətli ikitərəfli əməkdaşlığımız haqda şəxsən məlumatlı olmağıma imkan verdi və yüksək qabiliyyətli tələbə icması ilə qarşılıqlı söhbət aparmaq üçün şərait yaratdı. Tələbələrin mənə ünvanlandığı sualların quruluş və məntiq baxımından yüksək səviyyədə olmasına heyran qaldım. Sizin görüşü qeyri rəsmi, səmimi mühitdə aparmaq təşəbbüsünüz, görüşün daha məhsuldar keçməsinə səbəb oldu”.

        Məktubda həmçinin qeyd edilib ki,  Bakı Ali Neft Məktəbində baş tutan görüş çox uğurla təşkil olunub və regionda BP-nin milliləşdirilmə gündəminin əsas prioritetləri haqda cənab Şusterin ətraflı məlumat almasına töhfə olub. Sonda cənab Şuster ona göstərilən qonaqpərvərliyə və yüksək səviyyədə təşkil olunan görüşə görə bir daha BANM-in rektoru Elmar Qasımova təşəkkürünü bildirib.