Xəbərlər

BANM-in keçirdiyi Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı yekunlaşdı

 

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin  və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının bağlanış mərasimi keçirildi. Tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.

Konfransın bağlanışında “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayevin “Azərikimya” İstehsalat Birliyi: Modernizasiya və yenidənqurma layihələri”,  SOCAR-ın Neft-qaz emalı və neft-kimya kompleksinin baş direktorunun müavini Rauf Nağıyevın “Neft emalı sahəsində Azərbaycanın perspektivli layihələri”, “НПФ Tural-110”un rəhbərinin müavini Yevqeniy Puşikin “Müasir şəraitdə Qazaxıstanın mini neftayırma zavodlarının problemləri və perspektivləri. Mazutun və benzinin birbaşa emalı texnologiyaları”, “Hazar Oil” şirkətinin direktoru Mehman Hüseynovun “Türkəminastanda neft emalı istehsal sahələrinin icmalı”, ŞƏT İşgüzar klubunun rəhbərinin İrandakı müavini Aleksandr Şarov “İranın neft-kimya sənaye sahəsinin sansksiyalarından sonraki vəziyyətinin icmalı və inkişaf perspektivi” və digər konfrans iştirakçıların məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu dedi.

 

Xatırladaq ki, konfransın açılış mərasimində BANM-in rektoru Elmar Qasımovla yanaşı SOCAR-ın birinci vitse-prezidenti, Konfransın Proqram Komitəsinin sədri, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb və konfransın işində uğurlar arzulayıblar.

 

Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəliblər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransda iştirak edib. Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edib. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil edilib.