Xəbərlər

BP-nin vitse-prezidenti BANM-də təqdimatla çıxış etdi

BP Azerbaijan şirkətinin Əməliyyatlar üzrə vitse-prezidenti Toni Hant Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan tələbələri üçün “Oil and gas production from subsea facilities” (Sualtı qurğulardan neft və qazın hasilatı) mövzusunda təqdimatla çıxış edib.

 

Vitse-prezident Toni Hant təqdimatda iştirak edən tələbələrə BP ilə 30 ildən artıq etdiyi əməkdaşlıqdan, üzərinə düşən vəzifələrdən, iş və həyat təcrübəsindən söz açıb. Sonra o, tələbələrə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üçün BP-nin həyata keçirdiyi dəniz əməliyyatları, onların təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsi üçün görülən işlər, sualtı qurğuların işlənmə prinsipləri haqqında ətraflı məlumat verib.

 

Sonda Toni Hant tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.