Xəbərlər

Bakı Ali Neft Məktəbində “Zəfər rəqsi” qısametrajlı bədii filminin nümayişi keçirilib

Bakı Ali Neft Məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filminin nümayişi keçirilib.

Filmin nümayişindən əvvəl çıxış edən rektor Elmar Qasımov bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımız üçün ən şanlı gün və böyük qəhrəmanlıq bayramıdır.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru, “Zəfər rəqsi” filminin ideya müəllifi Şəfəq Mehrəliyeva ekran əsərinin əsas məzmunu və çəkilişi barədə məlumat verib, zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Daha sonra “Zəfər rəqsi” filmi nümayiş etdirilib.

ASAN TV-nin “Ədibin Evi” ilə birgə ərsəyə gətirdiyi “Zəfər rəqsi” qısametrajlı bədii filmi Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib.

“Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə çəkilən filmin bəzi səhnələrində neftçi qazilər də iştirak ediblər.