Xəbərlər
BANM tələbələrini 5 layihəsi "ADEX 2026" sərgisində təqdim olunur
Bakı Ali Neft Məktəbi Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərində öz stendi ilə çıxış edir.
Tələbələrimiz sərgi iştirakçılarına müdafiə və hərbi sənayesində tətbiq oluna biləcək 5 innovativ layihə təqdim edirlər.
Ecolyte
Yeni nəsil gel tipli elektrolitdir və daha təhlükəsiz, etibarlı dron batareyalarının hazırlanması üçün perspektivli həll ola bilər.
Döyüş Zonasının Rəqəmsal Əkizi
Döyüş zonasındakı müxtəlif məlumatları bir xəritədə birləşdirən süni intellekt əsaslı sistemdir. İnternetə və bulud xidmətlərinə ehtiyac olmadan xəritədəki məlumatları analiz etməyə imkan verir.
WeCool
Elektrik avtomobillərdə batareyanın temperaturunu təhlükəsiz səviyyədə saxlayan, maye soyutma sistemlərinə ehtiyacı azaldan və daha yüngül, təhlükəsiz və ekoloji cəhətdən davamlı soyutma həlli təqdim edir.
EcoThermix
Pambıq tekstillər üçün bio-əsaslı, yanğına davamlı örtük texnologiyasıdır. Qoruyucu geyimlər, işçi uniforması, texniki tekstillər və müdafiə və təhlükəsizlik sahəsində istifadə olunan xüsusi təyinatlı tekstillər üçün potensial tətbiq imkanlarını göstərir.
CuoTextiles
Xəstəxana və hərbi sahə üçün ağıllı antimikrob parçadır. Üzərindəki mis və sink bakteriyalar yaranan kimi aktivləşir, digər hallarda passiv qalır və dəri üçün təhlükəsizdir.