Xəbərlər
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM tələbəsi adını qazanan gəncləri təbrik edib
BANM tələbəsi adını qazanan Əziz gənclərimiz!
Sizi Bakı Ali Neft Məktəbinə qəbul olmağınız münasibətilə ürəkdən təbrik edirəm!
Bu gün sizin üçün yeni bir mərhələ başlayır. BANM ailəsinə qəbul olmaqla böyük bir yolun ilk addımını atmısınız. Bundan sonra sizi yalnız dərslər və imtahanlar deyil, yeni dostluqlar, fərqli təcrübələr, maraqlı layihələr və özünüzü inkişaf etdirəcəyiniz çoxlu imkanlar gözləyir.
Əminəm ki, Bakı Ali Neft Məktəbində yalnız yaxşı mütəxəssis deyil, cəmiyyətimizə fayda verən şəxsiyyət kimi formalaşacaqsınız.
Uğur qazanmağınızda böyük zəhməti olan valideynlərinizi və müəllimlərinizi də bu münasibətlə təbrik edir, gözaydınlığı verirəm.
Əziz tələbələrimiz, sizə uğurlar arzulayıram!
Bakı Ali Neft Məktəbinə xoş gəlmisiniz!
