Xəbərlər
Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə
Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi 19 may (saat 11:00) – 9 iyun (saat 18:00) 2026-ci il tarixlərində olacaq.
Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
Qəbul prosesi ilə bağlı ətraflı məlumat
Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi 19 may (saat 11:00) – 9 iyun (saat 18:00) 2026-ci il tarixlərində olacaq.
Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
2026-cı il üzrə doktorantura səviyyəsinə qəbul planı aşağıdakı kimidir:
|
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla) |
|
|
Doktorantura |
||||
|
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
|||
|
o cümlədən |
||||
|
əyani |
||||
|
25 |
Yer elmləri ("SABAH" proqramı)* |
8 |
8 |
YDS |
|
2521.01
|
Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı |
|
|
|
|
2525.01 |
Neft və qaz yataqlarının işlənməsi və istismarı |
|
|
|
|
33 |
Texnika elmləri ("SABAH" proqramı)* |
12 |
12 |
YDS |
|
3303.01 |
Kimya texnologiyası və mühəndisliyi |
|
|
|
|
3304.01 |
Kompüter qurğuları və texnologiyası |
|
|
|
|
3338.01 |
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) |
|
|
|
|
|
Cəmi: |
20 |
20 |
|
*SABAH proqramı – pilot layihə olaraq tətbiq olunan tədris əsaslı doktorantura təhsilidir. Qəbul yalnız əyani təhsilalma forması üzrə və dövlət sifarişi əsasında aparılır. Normativ təhsil müddəti 4 ildir (ixtisas üzrə fənlərin tədrisi, ixtisas imtahanı, dissertasiyanın hazırlanması və müdafiəsi mərhələləri). SABAH proqramı çərçivəsində ixtisasa qəbul olunan doktorantlara təhsil müddəti ərzində yüksək məbləğdə aylıq təqaüdün verilməsi və ali təhsil müəssisəsində rəsmi əmək müqaviləsi əsasında əməkhaqqı ödənilməklə elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Tələb olunan sənədlərin siyahısı:
- Ərizə (BANM-nin rektorunun adına);
- Kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
- Tərcümeyi-hal (mütləq imzalanmalıdır);
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- İş yerindən xasiyyətnamə (möhürlü);
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- Çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat (ən azı 10 vərəq);
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- Magistratura təhsilini bitirmək üzrə olanlar təhsil aldıqları müəssisədən təhsilin səviyyəsi və attestasiya ilə bağlı arayış
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
- Elmi rəhbərdən razılıq sənədi
Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar müsahibəyə dəvət olunurlar.
İmtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün portalda yerləşdirilmiş sənədlər və elmi rəhbərin rəyi BANM-in Elmi katibinə 9 iyun (saat 18:00) 2026-ci il tarixinə kimi təqdim edilməlidir.
Doktoranturaya qəbul üçün imtahan tarixləri:
Xarici dil imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində keçiriləcək.
Fəlsəfə fənni üzrə imtahan 1-3 sentyabr 2026-cı il tarixində, İxtisas fənni imtahanı 8-10 sentyabr 2026-cı il tarixləri arasında keçirilməsi nəzərdə tutulub.
Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-33-63 (Elmi katib) nömrəsinə zəng etməklə ala bilərlər.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf
