Xəbərlər

Özbəkistanın Buxara Dövlət Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub

Özbəkistanın Buxara Dövlət Universitetinin Təbiət Elmləri və Aqrobiotexnologiya fakültəsinin dekanı Əziz Qodirovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub.

BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova, həmçinin müvafiq şöbə və kafedraların nümayəndələri ilə keçirilən görüşdə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Eyni zamanda, BANM-in ümumi fəaliyyəti, tədris proqramları, laboratoriya imkanları və MBA üzrə qəbul tələbləri, tələbələr üçün istehsalat təcrübələri imkanı, tərəfdaş şirkətlərlə əməkdaşlıq, eləcə də ikili diplom proqramları barədə məlumat verilib.

Qeyd edək ki, hazırda Buxara Dövlət Universitetinin 5 tələbəsi mübadilə proqramı çərçivəsində BANM-də təhsil alır.

Görüşün sonunda qonaqlar üçün kampus turu təşkil olunub.