Xəbərlər
BANM rektoru Elmar Qasımov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” konfransında iştirak edib
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzusunda panel sessiyası baş tutub.
Paneldə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.
Rektor süni intellektin texnoloji, etik və təhlükəsizlik sahələrindəki rolundan, BANM-ın bu istiqamətdəki fəaliyyətindən və təhsildə tətbiq təcrübələrindən söhbət açıb.



