Xəbərlər
Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru BANM-da olub
Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Əhədxon Nəcmitdinov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Səfər çərçivəsində BANM rektoru Elmar Qasımovla görüşüb.
Görüşdə iki ali təhsil müəssisəsi arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatların və akademik proqramların həyata keçirilməsi, ikili dərəcə proqramları, eləcə də qısa təhsil proqramları və yay məktəblərinin təşkili müzakirə edilib.