Xəbərlər

BANM tələbələri Bolqarıstanda Azərbaycanı təbliğ ediblər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bolqarıstanın Ruse Universitetində Azərbaycanı təbliğ edən təqdimatla çıxış ediblər.

Təqdimatda BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Heydər Əliyev, Zahid Abdullayev, Rəvan Quluzadə, Nizaməddin İsrafillov, Fidan Məmmədli və Həsənəli Əsədov iştirak ediblər.

Ölkəmizin tarixi, mədəniyyəti və ənənələri haqqında ətraflı məlumat verərək, Azərbaycan haqqında dolğun təsəvvür yaradıblar.

Tələbələrimizlə qürur duyuruq!