Xəbərlər

BANM-da “Cheers2Career peşəkar tanışlıq tədbiri uğurla təşkil edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) ilə birgə tələbələr və sənaye mütəxəssislərini bir araya gətirən “Cheers2Career” peşəkar tanışlıq tədbirini uğurla təşkil edib.

Tədbirin açılışında BANM-in rektoru Elmar Qasımov çıxış edərək tələbələrin peşəkar inkişafının əhəmiyyətini vurğulayıb və bu kimi təşəbbüslərin onların gələcək karyeralarına müsbət təsir göstərəcəyini bildirib.

Tədbirdə "SOCAR Karbamid", bp, İRİA, "Technip Energies", SOCAR KBR, "PAŞA Holding", SLB, "Halliburton", "Kapital Bank", BCG, "Azerconnect Group", KPMG kimi nüfuzlu qurum və şirkətlərin nümayəndələri iştirak ediblər.

Sənaye üzrə mütəxəssislər və tələbələr arasında interaktiv müzakirələr aparılıb, qonaqlar öz təcrübələrini bölüşüb və potensial karyera imkanlarını dəyərləndiriblər.

Tədbirin təşkilatçılığını BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbələri Nihad Əliyev və Alişan Əliyev həyata keçirib.