Xəbərlər
BANM tələbələri Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna səfər ediblər
Bakı Ali Neft Məktəbinin “SEG BHOS” klubu tərəfindən Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) səfər təşkil edilib.
Səfər çərçivəsində BANM-ın Rəhbərlik yanında aparatının elmi katibi, Kimya elmləri doktoru İlhamə Zərbəliyeva iştirakçılara akademik Yusif Məmmədəliyevin Memorial Muzeyi barədə məlumat verib.
Daha sonra neft-kimya sahəsində mühüm rolu olan alimlər haqqında məlumat verilib və institutun baş direktoru, akademik Vaqif Abbasov ilə görüş baş tutub.
Tədbirin koordinatorları Hazırlıq kursunun tələbələri Xavər Mikayılova və Nigar Verdiyeva, eləcə də Neft-qaz mühəndisliyi ixtisasının lll kurs tələbəsi Rüfət Zeynallıdır.