Xəbərlər

BANM-da akademik Azad Mirzəcanzadə adına inkişaf proqramının info-sessiyası təşkil edilib

Bakı Ali Neft Məktəbində (BANM) “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən akademik Azad Mirzəcanzadə adına inkişaf proqramının info-sessiyası təşkil edilib.

Tədbirdə proqramın məqsədləri, iştirakçılara təqdim ediləcək imkanlar və layihələrin icra prosesi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində iştirakçılara layihələrin hazırlanması və təqdimatı sahəsində peşəkar dəstək göstəriləcək. Eyni zamanda, onların liderlik bacarıqlarının inkişafına yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçiriləcək. Seçilən layihələrə maliyyə dəstəyi ayrılaraq onların icrası təmin ediləcək.