Xəbərlər

BANM-da Halliburton şirkətinin nümayəndələri info-sessiya keçiriblər

Bakı Ali Neft Məktəbində (BANM) Halliburton şirkətinin nümayəndələri info-sessiya keçiriblər.  

Sessiyada Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər. Tələbələr suallara cavab verərək hədiyyələr qazanıblar.

Məqsəd tələbələri şirkət və onun təcrübə proqramı ilə tanış etmək, Sementləmə bölməsinin fəaliyyəti barədə məlumat vermək və interaktiv “Quiz” təşkil etməkdir.