Xəbərlər

BANM tələbələri tərəfindən “Pişik yuvaları” layihəsi həyata keçirilib

Bakı Ali Neft Məktəbinin Heyvanlara Qayğı Klubunun (BHOS Animal Care Club) və “Sosial pişik” cəmiyyətinin təşkilatçılığı ilə “Pişik yuvaları” layihəsi həyata keçirilib. 

Layihə çərçivəsində soyuq havalarda küçə pişiklərinin qorunması məqsədilə xüsusi yuvalar quraşdırılıb, pişiklərin qidalanma ehtiyaclarını qarşılamaq üçün yem və su qabları təşkil edilib.