Xəbərlər
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-da olublar
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
İctimai Şuranın sədri Hikmət Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti BANM-ın rektoru Elmar Qasımovla görüşüb.
Şura üzvləri Ali Məktəbin fəaliyyəti, təhsil strategiyası və tələbə nailiyyətləri barədə müzakirələr aparıblar. Eləcə də BANM-ın kampusunu ziyarət edərək tədris şəraiti, laboratoriyalar və tələbələr üçün yaradılan imkanlarla yaxından tanış olublar.






