Xəbərlər
“TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi BANM-da olub
“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-ın rektoru Elmar Qasımovla görüşərək festival və gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirələr aparıb. Həmçinin BANM-ın “TEKNOFEST”dəki qələbələri və uğurları barədə danışılıb.
Daha sonra Ahmet Kösenin təqdimatında “TEKNOFEST 2025” haqqında infosessiya keçirilib. Tədbirdə festivalın müraciət prosesi, mövcud yarışlar və digər vacib məqamlar barədə ətraflı məlumat verilib, həmçinin tələbələrin sualları cavablandırılıb.










