Xəbərlər
Prezident təqaüdü daha böyük məqsədlərə çatmaq üçün böyük bir stimul yaradır
Həsənov Fizuli: 686.4 bal.
İxtisas: Biznesin idarə edilməsi II qrup.
Məzun olduğu məktəb: Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbi fərqlənmə attestatla bitirib
Prezident təqaüdü #akademik və peşəkar uğurların yüksək səviyyədə tanınmasını göstərir. Həmçinin şəxsi inkişaf və daha böyük məqsədlərə çatmaq üçün böyük bir stimul yaradır.
Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbi (BANM), təhsilin keyfiyyətinə böyük önəm verir və xüsusən neft, qaz və energetika sahələrində qabaqcıl texnologiyalar və biznes ixtisaslarına dərindən fokuslanmış müasir tədris proqramları təqdim edir. BANM həmçinin bir çox beynəlxalq universitetlərlə əməkdaşlıq edir və tələbələrə beynəlxalq standartlara uyğun təhsil imkanı yaradır.
Bu təhsil müəssisəsi, biznes ixtisası üzrə qlobal bazara çıxmaq və qlobal biznes anlayışlarını mənimsəmək üçün geniş imkanlar təqdim edir. Xüsusilə biznes ixtisasında təhsil alan tələbələr, gələcəkdə işə qəbul olunmaq şanslarını artıraraq, erkən mərhələdə potensial iş yerləri ilə əlaqələr qururlar.
Peşəkar sahədə daha yüksək mövqelərə çatmaq və yeni bacarıqlar öyrənmək məqsədim var. İş təcrübəmi artırmaq və xaricdə təhsilimi davam etdirərək yeni sahələrdə dərin biliklər əldə etmək istəyirəm. Sonda əldə etdiyim bilik və təcrübələrlə Vətənimə qayıdıb çalışmağı arzulayıram.
