Xəbərlər

"Prezident təqaüdçüsü olmaq mənim üçün böyük bir qürur mənbəyidir"

Ayxan Dəmirçiyev: 689.7 bal

İxtisas: İnformasiya təhlükəsizliyi

Məzun olduğu məktəb: Bakı şəhəri, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyinin fərqlənmə attestat ilə bitirib

Prezident təqaüdçüsü olmaq mənim üçün böyük bir qürur mənbəyidir. Bu uğur mənə göstərir ki, daim irəliləmək və böyük hədəflər qoymaq həyatda müvəffəqiyyətin açarıdır. BANM haqqında araşdırma edərkən, təhsili və mühiti ilə bağlı çoxsaylı müsbət rəylər aldım. Bura həm peşəkar bacarıqlarımı inkişaf etdirmək, həm də şəxsi inkişafım üçün ideal bir mühit təmin edir.

İxtisasım sahəsində dərin biliklər əldə etmək və bu sahədə ixtisaslaşmaq üçün böyük bir həvəsim var. Peşəkar olaraq bu ixtisasın zirvəsinə çatmaq və qazandığım bilik və təcrübələrlə ölkəmdə əhəmiyyətli dəyişikliklər yaratmaq niyyətindəyəm.

Bu məqsədə çatmaq üçün universitetimi yüksək təhsil ilə bitirərək, daha geniş perspektivlər qazanmaq üçün xaricdə təhsil almağı planlaşdırıram. Xarici təhsil imkanları, yalnız peşəkar bacarıqlarımı inkişaf etdirmək üçün deyil, eyni zamanda beynəlxalq təcrübə qazanaraq ölkəmdəki təhsil və iş bazarına daha böyük töhfələr vermək imkanı yaradacaq. Bu yolda məqsədlərimə çatmaq üçün əzmlə çalışacağam.