Xəbərlər
"Prezident təqaüdçüləri sırasına düşmək mənəvi cəhətdən mənim üçün çox böyük məna kəsb edir"
Hikmət Əsgərzadə: 689.9 bal.
İxtisas: Biznesin idarə edilməsi
Məzun olduğu məktəb: Qazax şəhər F.Şamoyev adına 4 nömrəli tam orta məktəbi fərqlənmə fərqlənmə attestat ilə bitirib
Prezident təqaüdçüləri sırasına düşmək mənəvi cəhətdən mənim üçün çox böyük məna kəsb edir. Bu o deməkdir ki, mənim adım əbədi olaraq BANM-ın Prezident təqaüdçüləri sırasına daxil edildi, adım Ali Məktəbin lövhəsində əbədi olaraq qalacaq. Bu çox xoş və sevindiricidir. BANM-ın prestiji, verdiyi təhsilin keyfiyyəti və "Biz iş yox, iş bizi axtarır " şüarı məni buraya cəlb etdi.
II ixtisas qrupu üzrə imtahan verdim və ixtisas birincisi oldum. Seçdiyim ixtisasımdan məmnunam, çünki hədəflərimə çatmaqda mənə böyük kömək edəcək. Növbəti hədəfim ingilis dilini mükəmməl səviyyədə mənimsəməkdir. Bu sahədə uğur qazandıqdan sonra daha böyük imkanlar əldə etməyi planlaşdırıram. Gələcəkdə isə öz şəxsi biznesimi qurmağı düşünürəm.

