Xəbərlər
“Prezident təqaüdü təhsilimi davam etdirmək və elmi tədqiqatlara qatılmaq yolunda mənə dəstək verir”
Elgün Nuruyev: 690.9 bal
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanı fərqlənmə fərqlənmə attestat ilə bitirib
Prezident təqaüdü almaq mənim üçün həm akademik uğurlarımın tanınması, həm də ölkəmin inkişafına töhfə vermək üçün bir fürsətdir. Bu təqaüd, təhsilimi davam etdirmək və elmi tədqiqatlara qatılmaq yolunda mənə dəstək verir. Eyni zamanda, gələcəkdə mühəndislik sahəsində peşəkar mütəxəssis olmaq istəyimə doğru atdığım vacib bir addımdır. Təqaüd almaq cəmiyyətə qarşı məsuliyyətimi xatırladır və mənə daha böyük hədəflərə çatmaq üçün ilham verir.
BANM-ı seçməyimin əsas səbəbi Ali Məktəbin mühəndislik sahəsində yüksək tədris standartları və keyfiyyətli proqramlarıdır. Kimya mühəndisliyini seçməyimin səbəbi isə bu sahənin sənaye, ətraf mühitin qorunması və texnoloji yeniliklərdə oynadığı mühüm roldur. Bu sahədə mütəxəssis olmaqla, ölkəmə daha çox fayda verəcəyimi düşünürəm.
Gələcəkdə kimya mühəndisliyi sahəsində həm yerli, həm də beynəlxalq səviyyədə peşəkar bir mütəxəssis olmağı hədəfləyirəm. İlk növbədə, BANM-da təhsilimi yüksək səviyyədə başa vurmağı və bu müddət ərzində kimya sənayesində praktik təcrübə qazamağı planlaşdırıram. Daha sonra magistratura və doktorantura təhsili alaraq bu sahədə dərin biliklər əldə etməyi hədəfləyirəm. Texnologiya və innovasiyalarla əlaqədar tədqiqatlarda iştirak edərək, sahəm üzrə qabaqcıl həllər və texnologiyalar haqqında biliklərimi artırmaq əsas məqsədimdir.
