Xəbərlər

“Prezident təqaüdü, uğur yolunda atılan ən dəyərli addım, gələcəyin qurulmasında ən böyük motivasiyadır”

Nəsib Süleymanov: 691.7 bal

İxtisas: İnformasiya təhlükəsizliyi

Məzun olduğu məktəb: Sabunçu rayonu, 74 nömrəli tam orta məktəbi fərqlənmə attestat ilə bitirib.

Pezident təqaüdünü almaq mənim üçün böyük motivasiyadır. Hər bir uğur, hər bir yeni məlumat və bacarıq əldə etmək, gələcəyim üçün mühüm addımlar atmaq məqsədimə yaxınlaşdırır.

BANM-dakı təhsil proqramları, yüksək keyfiyyətli tədris və inkişaf etmiş infrastruktur, mənim seçdiyim sahədə mükəmməl imkanlar yaratmaqla yanaşı, gələcəkdə peşəkar bacarıqlarımı daha da inkişaf etdirməyə kömək edəcəkdir.

Gələcək planlarım təhsilimi xaricdə davam etmək və bu məqsədimə çatmaq üçün daha da çox oxumaqdır. Xaricdə təhsil almaq mənə beynəlxalq təcrübə qazandıracaq və fərqli mədəniyyətləri tanıma imkanı yaradacaq. Bu məqsədimə çatmaq üçün daha çox çalışmalı, özümü inkişaf etdirməli və hər zaman ən yüksək səviyyəyə çatmağa yönəlmiş bir təhsil planı qurmalıyam. Bu, mənim həm şəxsi, həm də peşəkar həyatımda irəliləməyim üçün əvəzsiz bir fürsət olacaq.