Xəbərlər

Prezident təqaüdçüsü olmaq mənim üçün böyük bir qürur mənbəyidir

Əsmər Eyvazlı: 691.8 bal.

İxtisas: Kimya mühəndisliyi

Məzun olduğu məktəb: Bakı şəhəri Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyi fərqlənmə attestatı ilə bitirib

Prezident təqaüdçüsü olmaq mənim üçün böyük bir qürur mənbəyidir. Hədəfə çatmaq və zəhmətlə əldə etdiyim nəticəni görmək mənə motivasiya verir. Təqaüd həm də mənə yeniliklərə açıq olmağa, cəmiyyətə töhfə vermək üçün əlavə məsuliyyət hissi aşılayır.

Hazırda BANM-da Kimya mühəndisliyi ixtisasında təhsil alıram. Uşaqlıqdan bəri bu təhsil müəssisəsini və məhz bu ixtisası seçmək üçün çalışmışam. BANM regionda ən prestijli universitetlərdən biridir və bu reytinqlərlə təsdiqlənir. Buradakı təhsil sənayenin real tələblərinə uyğun praktiki təcrübə ilə zəngindir.

Enerji sahəsinə xüsusi marağım var və gələcəkdə texnologiyaların inkişafı ilə enerji istehsalını təkmilləşdirərək, ətraf mühitin qorunması və davamlı həllər üzərində işləmək istəyirəm. Həmçinin, karbon izini azaltmaq üçün yeni materiallar və proseslər inkişaf etdirmək niyyətindəyəm. Bu məqsədlə əldə etdiyim bilikləri və təcrübələri daha da genişləndirərək, gələcəkdə müsbət dəyişikliklər yaratmağa çalışacağam.