Xəbərlər
BANM tələbələri “CulTech2 Hakaton”un qalibi oldu
SOCAR-ın Bakı Ali Neft Məktəbinin Hazırlıq (“Foundation”) kursunun tələbələri “CulTech2 Hakaton”un qalibi olub.
“Detrimental Team” üzvləri:
Məhəmməd Kərimov - Kompüter elmləri
Emil Əkbərov - Kompüter mühəndisliyi
Aytac Əliyeva - Kimya mühəndisliyi
Röya Hüseynova - Kompüter mühəndisliyi
48 saat boyunca davam edən intensiv iş zamanı iştirakçılar mentor dəstəyi ilə öz məhsullarının prototiplərini hazırlayıblar.
Məqsəd mədəniyyət sahəsindəki problemlərə innovativ həll yolları tapmaqdır.
Hakaton Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçirilib.
