Xəbərlər

Nailə Allahverdiyeva "Akademik mükafat"a layiq görülüb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya texnologiyaları kafedrasının müdiri Nailə Allahverdiyeva "Akademik mükafat"a layiq görülüb.

Mükafat “Femmes Digitales” İctimai Birliyinin təşkilatçılığı və 4SİM-in əsas tərəfdaşlığı ilə AWITA 2024 – texnologiya sahəsində fəaliyyət göstərən Azərbaycanlı qadınların fəaliyyətinin mükafatlandırılması mərasimində təqdim edilib.

Nailə Allahverdiyeva, ölkənin müxtəlif regionlarından 200 müraciət arasında seçilən 33 finalçıdan biri olub.

Təbrik edirik!