Xəbərlər
Anqolanın gənclər və idman nazirinin müavini BANM-da olub
Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva və İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
Görüşdə BANM-ın rektoru Elmar Qasımov təhsil müəssisəsinin güclü maddi-texniki bazasını və beynəlxalq əlaqələrini vurğulayıb. Ali Məktəbdə Konqo, Nigeriya, Sudan və digər Afrika ölkələrindən tələbələrin təhsil aldığını vurğulayıb. Gələcəkdə Anqoladan da tələbələrin təhsil almasının mümkünlüyü müzakirə edilib. Öz növbəsində, Anqolada BANM məzunlarının çalışdıqları diqqətə çatdırılıb.
Paulo Rodriqes da Silva isə çıxışında Azərbaycan ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Sonda kampusu gəzən qonaqlar yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.