Xəbərlər
Elmar Qasımov ATGTİ-nin VII Hesabat-Seçki Konfransında iştirak edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransında iştirak edib.
Tədbirdə çıxış edən rektor İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolunu vurğulayıb. Gənclərin təşəbbüskarlığını və sosial məsuliyyətlərini artırmaq üçün müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə ATGTİ ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Həmçinin, BANM-ın inkişafı ilə bağlı son yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, Ali Məktəbdə əldə edilən bilik və bacarıqlar tələbələrin gələcək peşə həyatında uğur qazanmasına və rəqabətə davamlı olmalarına kömək edir.