Xəbərlər

BANM-da SOCAR-ın Gənc İstedadlar Proqramı ilə bağlı infosessiya keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Gənc İstedadlar Proqramı (GİP) ilə bağlı infosessiya keçirilib. Tədbirdə SOCAR-ın vitse prezidentinin müavini - İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəisi Aytən xanım Fərzəliyeva, İşə qəbul və karyera planlama şöbəsinin rəisi Şəhriyar Şahkərəmli, rəis müavini Həmid İsrafilov və şöbə əməkdaşları Orxan Musayev və Rəşad Ələkbərov iştirak ediblər. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Elmar Qasımov proqramın əhəmiyyətini vurğulayıb. Tələbələri Gənc İstedadlar Proqramından yararlanmağa və şəxsi inkişafla bağlı fürsətləri dəyərləndirməyə çağırıb.

Sonra Aytən xanım Fərzəliyeva proqramın məqsəd və imkanları haqqında məlumat verib. Eləcə də, GİP-in üstünlükləri və perspektivləri barədə tələbələri maarifləndirib.

İnfo-sessiyanın gedişatında GİP-lə bağlı hazırlanan videoçarx təqdim olunub.

Daha sonra Ali Məktəbin məzunları və GİP  qalibləri Fərid Hüseynli (2022-2023-cü il), habelə Zəhraxanım Əliyeva, Əkbər Qurbanov və Qəhrəman Kazımlı (2023-2024-cü il) çıxış edərək, təəssüratlarını bölüşüblər. Proqramın onlara necə fayda verdiyini qeyd ediblər. 

Tədbirin sonunda tələbələri maraqandıran suallar cavablandırılıb.