Xəbərlər
BANM-da Gənclərin Ekoloji Sinerji Mərkəzi (YES!) təsis olundu
Bakı Ali Neft Məktəbində (BANM) Gənclərin Ekoloji Sinerji Mərkəzi (YES! Center - Youth Ecological Synergy Center) təsis edilib.
Mərkəzin açılış mərasimi BANM-ın rektoru Elmar Qasımovun çıxışı ilə başlayıb. Rektor gənclərin ekoloji maarifləndirilməsinin və davamlı inkişafın əhəmiyyətindən bəhs edərək, Mərkəzin bu istiqamətdə böyük rol oynayacağını vurğulayıb.
Sonra Mərkəzin baş mentoru və elmi rəhbəri, professor Fuad Vəliyev çıxış edib. O, ekoloji məsələlər barədə təqdimat edərək, layihənin gələcək fəaliyyətlərinin ekoloji problemlərin həllinə və davamlı inkişafa töhfə verəcəyini qeyd edib.
Tədbirin sonunda Ali Məktəbin Keyfiyyətin təminatı şöbəsinin rəisi və Mərkəzin korrdinatoru Güldənə Hidayətli YES! Center-in missiyası və planlaşdırılan layihələri haqqında geniş məlumat verib.
Mərkəzin əsas məqsədləri aşağıdakılardır:
1.Gəncləri davamlılıq və ətraf mühit mövzusunda maarifləndirmək və ilhamlandırmaq;
2. Ekoloji təcrübələrdə elmi tədqiqat və yenilikləri təşviq etmək;
3. Ekoloji sinerjiylə bağlı gənc liderlər icması yaratmaq.
Mərkəzin əsas vəzifəsi gənclərin ekoloji şüurunu artırmaq və ətraf mühitin qorunmasına yönəlmiş layihələri həyata keçirməkdir.