Xəbərlər

Elmar Qasımov 2024-2025-ci tədris ili ilə bağlı görüş keçirib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2024-2025-ci tədris ili ilə bağlı görüş keçirib. Görüşdə yeni tədris ilinin başlanması ilə əlaqədar hazırlıqlar və cari məsələlər müzakirə olunub.

Rektor qəbul nəticələrinin yüksək olmasından məmnunluğunu ifadə edib. Bunu gənclərin Ali Məktəbə olan etimadının və qazanılan nüfuzun təzahürü kimi vurğulayıb.

Sonda yeni tədris ili üçün müvafiq tapşırıqlarını verib və uğurlar arzulayıb.