Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri Portuqaliyada təhsil alacaqlar

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Aysel Novruzlu və Həqiqət Quluzadə Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə ediblər.

Tələbələr 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirəcəklər. BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Portuqaliyanın Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Bütün xərclər isə Erasmus+ proqramı çərçivəsində qarşılanacaq. Daha sonra onlar təhsillərini BANM-də davam etdirib, məzun olacaqlar.

Bununla yanaşı, hər iki tələbə ümumilikdə, 10140 avro məbləğinda qrant qazanıblar.