Xəbərlər

“Maire” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire” şirkətinin I vitse-prezidenti Gianni Bardazzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor “Maire” şirkəti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təcrübə proqramlarında iştirak edir, məzunları burada müxtəlif vəzifələrdə çalışırlar. Rektor deyib ki, “Maire” şirkətinin Bakı Ali Neft Məktəbinə hədiyyəsi olan Polimer Tədqiqat Laboratoriyası da çox uğurla fəaliyyət göstərir.

Gianni Bardazzi təmsil etdiyi şirkətdə gerçəkləşdirilən rebrendinq siyasətindən, “yaşıl kimya”ya, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr barədə danışıb. Bu il Bakıda keçiriləcək COP29 çərçivəsində Bakı Ali Neft Məktəbi ilə birgə fəaliyyətlər təklif edib. BANM-in rektoru Elmar Qasımov isə təklifi qəbul edib.