Xəbərlər

Bakı Ali Neft Məktəbində Bərpa olunan enerji ilə bağlı yarış keçirilib

Bakı Ali Neft Məktəbinin Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) komandası Bərpa olunan enerji ilə bağlı yarış təşkil ediblər.

Tədbirin əsas məqsədi bərpa olunan enerji həvəskarlarını bir araya toplamaq və bu sahə üzrə biliklərini təkmilləşdirmək olub.

Yarışda 17 komanda iştirak edib. Onlar Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Fransız-Azərbaycan Universiteti, İstanbul Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil ediblər.

Tədbirin koordinatoru BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin üzvü İlkanə Mehdiyeva olub.