Xəbərlər

BANM-də Emerson Process Management-in nümayəndəsi seminar keçdi

     Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dəvəti ilə “Emerson Process Management” şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raoul Mercer Bakı Ali Neft Məktəbində oldu. O, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 1-ci və 2-ci kurs tələbələrinə “Upstream project responding to change” (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar keçdi.

 

   Seminarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirdi ki, Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq şirkətlərlə yanaşı, “Emerson Process Management” şirkəti ilə sıx əlaqələri var və bu əməkdaşlıq yüksək səviyyədədir. Beynəlxalq şirkətlərin nümayəndələri tərəfindən BANM tələbələri üçün müxtəlif mövzularda seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bunun tələbələrin inkişafına xidmət etdiyini vurğuladı.

 

     “Emerson Process Management” şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raoul Mercer öz növbəsində, neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış etdi. Təqdimatın sonunda Raoul Mercer tələbələrin böyük marağına səbəb olan mövzu ətrafında suallara cavab verdi.