Xəbərlər
Bakı Ali Neft Məktəbində beynəlxalq reytinq göstəriciləri ilə bağlı görüş keçirilib
Bakı Ali Neft Məktəbində elmi nəşrlərin sayının artırılması, beynəlxalq reytinq göstəriciləri ilə əlaqədar növbəti görüş keçirilib. Müzakirələrdə Ali Məktəbin rektoru Elmar Qasımov, professor-müəllim heyəti və tədqiqatçıları iştirak ediblər. Görüşdə elmi işlərin gedişatı, nəzərdə tutulan planlar müzakirə olunub.