Xəbərlər

Bakı Ali Neft Məktəbinin kafedra müdiri Portuqaliya Universitetinə səfəri barədə məlumat verib

Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov Portuqaliyanın Lissabon Universitetinə səfəri barədə BANM-in tələbə, müəllim və inzibati heyəti üçün təqdimat keçirib.

BANM-in kafedra müdiri qeyd olunan səfərin nəticələri barədə məlumat verərək əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşüb. 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin İnzibati təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev və Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayilov ötən ilin oktyabr ayında Erasmus+ ENGAGE layihəsi çərçivəsində Portuqaliyanın Lissabon şəhərində yerləşən Lissabon Universitetində 1 həftəlik təlimdə olublar.