Xəbərlər
Bakı Ali Neft Məktəbi ilə Neftçi Geoloqları Cəmiyyətinin əməkdaşlıq imkanları müzakirə olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımovla Neftçi Geoloqları Cəmiyyəti İctimai Birliyinin (NGC İB) sədri Elmir Qaragözov və sədr müavini Elvin Əhmədovun görüşü keçirilib. Əməkdaşlıq imkanları barədə fikir mübadiləsinin aparıldığı görüşdə əlaqələrin genişləndirilməsi üçün BANM-də Neftçi Geoloqları Cəmiyyəti bölməsinin yaradılması təklif edilib və təklif müsbət qarşılanıb.
Görüşdə həmçinin Neftçi Geoloqları Cəmiyyəti tərəfindən BANM-in rektoru Elmar Qasımova “Cəmiyyətin Dostu” şəhadətnaməsi təqdim olunub.
1993-cü ildən fəaliyyət göstərən Neftçi Geoloqları Cəmiyyətinin əsas hədəfi gənc geoloq və mütəxəssislərin, həmçinin neft geologiyası elminin inkişafına xidmət göstərməkdir.