Xəbərlər

İzmir Katip Çələbi Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

Türkiyənin İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köse SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.

 Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusunu gəzən qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. İzmir Katip Çələbi Universiteti ilə BANM arasındakı əməkdaşlığa toxunan Elmar Qasımov əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Saffet Köse isə Bakı Ali Neft Məktəbinin uğurlarını yüksək qiymətləndirib.

Sonda İzmir Katip Çələbi Universitetinin rektoru Saffet Köseye Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub. 

Qeyd edək ki, bu günədək Bakı Ali Neft Məktəbinin 5 tələbəsi, 3 müəllimi “Erasmus+KA171”, həmçinin universitetlərarası mübadilə proqramı ilə İzmir Katip Çələbi Universitetində, o ali təhsil müəssisəsindən isə 11 müəllim və 1 tələbə Bakı Ali Neft Məktəbində təcrübə keçib.